Nazir fevralda uğur qazanan idmançılarla görüşdü
Fevralın 24-də gənclər və idman naziri Fərid Qayıbov bu ay ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Komanda.az xəbər verir ki, idmançıları və məşqçiləri salamlayan nazir Fərid Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və qarşıdakı “İdman həftəsi”ndə də fəal olmağa çağırıb.
Tədbirdə güllə atıcılığı, güləş, bədii gimnastika, batut gimnastikası, stolüstü tennis, taekvondo və boks yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər. Görüşdə həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı hədəfləri barədə məlumat veriblər.
İdmançıların təəssüratlarını dinləyən gənclər və idman naziri onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Bizi Facebook-da izləyin