Nazir bölgələrdəki Olimpiya Komplekslərinin şəraiti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Yevlax, Naftalan, Şirvan şəhərlərində, Bərdə, Tərtər, İmişli, Saatlı və Sabirabad rayonlarında səfərdə olub.

Komanda.az xəbər verir ki, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad və Şirvan Olimpiya İdman Komplekslərinin şəraiti ilə tanış olan nazir bu idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılmasının, uşaq və gənclərin məşqlərə cəlb edilməsinin, idman qurğularında marketinq işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini vurğulayıb.

Səfər çərçivəsində gənclər və idman naziri Yevlax, Bərdə, Tərtər, Saatlı və Şirvan Gənclər evlərinin fəaliyyəti ilə də maraqlanıb. Bu mərkəzlərdə gənclər üçün daha da faydalı olacaq yeni bölmələrin yaradılması, yaradıcı gənclərlə işin yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button