Nazir Avropa çempionatında uğurlu nəticə göstərən idmançılarla görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən şahmat üzrə Avropa çempionatında uğurlu nəticə göstərən idmançılarla görüşüb.
Komanda.az xəbər verir ki, toplantı nazirliyin inzibati binasında gerçəkləşib.
47 ölkədən 928 idmançının iştirak yarışda Azərbaycanı təmsil edən 44 şahmatçıdan 39-u Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olub. Ümumilikdə qazanılan 7 medaldan 6-sı bu məktəblərin üzvləri tərəfindən əldə edilib.
Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Bizi Facebook-da izləyin