Nazim Süleymanovlu “Ximki”dən ilk oyunda heç-heçə

Rusiyanın 2-ci liqasında mövsümün ikinci mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu “Ximki”nin gənclərdən ibarət komandası da növbəti oyununa çıxıb.

“Saxalin”lə matç həmyerlimizin “Ximki”nin gənclər komandasında rəsmi debütü ilə əlamətdar olub. Matç 1:1 hesabıyla yekunlaşıb.

Mövsümün əsas mərhələsini iddialılar sırasında başa vura bilməyən “Ximki” mübarizəni ikinci “6-lıq” komandaları arasında yarışda davam etdirir. Süleymanovun komandası ilk mərhələdə şəxsi görüşlərdə əldə olunan xallar hesabına hazırda turnir cədvəlinə başçılıq edir. “Ximki” 11 oyunda 21 xal toplayıb və ən yaxın izləyicisini 2 xal qabaqlqyır.

Həmyerlimizin komandası növbəti oyununu aprelin 8-də evdə ən yaxın izləyicisi “Stroqino”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button