Nazim Süleymanov “Ximki”də yenə iş yerini dəyişdi

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın “Ximki” klubundakı iş yerini növbəti dəfə dəyişib.

Komanda.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yenidən bu klubun U-19 komandasının baş məçqçisi təyin olunub.

Süleymanov daha öncə “Ximki”də məhz U-19-a rəhbərlik edirdi. Lakin o, 2022-ci ilin sentyabrında U-19-dan ayrılmış və klubun əvəzedici komandasının baş məşqçisi təyin olunmuşdu. Rəhbərlik yenidən bu iki komandanın baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib. Süleymanovu U-19-a qaytaran “Ximki” rəhbərliyi əvəzedici komandaya da Rinat Bilyaletdinovu baş məşqçi təyin edib.

“Ximki”nin prezidenti azərbaycanlı Tufan Sadıqovdur. Onun oğlu İlya Sadıqov klubun əsas komandasında forma geyinir. Bu komandada digər azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button