Nazarovun qolu “Ersgebirge” üçün yetərli olmadı
Futbol üzrə Almaniya 3-cü liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Osnabryuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Nazarov vurub.
“Ersgebirge” hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin