Nazarovun komandası yenə məğlub oldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Hannover”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Bu, sözügedən komandanın ardıcıl 4-cü məğlubiyyətidir.

Nazarov da bu matçın iştirakçısı olub. O, 45+2-ci dəqiqədə meydana buraxılıb.

29 oyuna 19 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button