Nazarovun komandası yenə məğlub oldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Haydenhaym” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nazarov da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. Meydana çıxandan cəmi 1 dəqiqə sonra isə millimizin üzvü sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

“Ersgebirge” hazırda 32 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button