Nazarovun komandası yenə böyük hesabla uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

33 oyuna 41 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button