Nazarovun komandası “Bavariya” üzərində darmadağına sevindi

Almaniyanın “Ersgebirge” klubu daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Aue təmsilçisi “Bavariya”nın ikinci komandası ilə qarşılaşıb.

Nazarovun komandası bu oyunda darmadağına sevinib – 3:0. Dmitri də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

Xatırladaq ki, Dmitri Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında Nazarovun millinin UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün təlim-məşq toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button