Nazarovlu “Ersgebirge”dən ilk qələbə

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “İnqolştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsidir.

Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

11 oyuna cəmi 7 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button