Nazarovlu “Ersgebirge” səfərdən 1 xalla döndü

Futbol üzrə Almaniya 3-cü liqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Saarbrüken”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nazarov da bu matçin iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb, 90+2-də isə sarı vərəqə alıb.

“Ersgebirge” 5 turdan sonra 3 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button