Nazarovlu “Ersgebirge” evdə xal itirdi

Futbol üzrə Almaniya 3-cü liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Halleşer”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ersgebirge” 12 turdan sonra 10 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button