Nazarovlu “Ersgebirge” 5 qolla uduzdu
Futbol üzrə Almaniya 3-cü liqasında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vehen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ersgebirge” 4 turdan sonra 2 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin