Nazarovun vurduğu qol komandasını darmadağından xilas etmədi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Darmştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Nazarov vurub.

25 turdan sonra 33 xala malik “Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button