Nazarov üçün 90 dəqiqə

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. Nazarov, 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

3 turdan sonra 6 xalı olan “Ersgebirge” 4-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button