Nazarov üçün 45 dəqiqə və heç-heçə
Almaniyanın “Ersgebirge” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu 2-ci Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Yunion Berlin”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Erkən qol buraxan Aue klubu yalnız sona 5 dəqiqə qalmış məğlubiyyətdən yaxa qurtara bilib.
Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu fasilədən dərhal sonra meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin