Nazarov oynamadı, komandası darmadağına üzüldü
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Nazarov bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə ehtiyatda qalıb.
29 turdan sonra 38 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin