Nazarov oynadı, komandası xal itirdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

Bu heç-heçədən sonra 41 xala malik “Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button