Nazarov oynadı, komandası səfərdən xalsız döndü
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
31 turdan sonra 41 xala malik “Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin