Nazarov mövsümün son matçında 90 dəqiqə oynadı
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də sonuncu matçına çıxıb.
Sözügedən klub 34-cü tur çərçivəsində səfərdə “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ersgebirge” mövsümü 40 xalla 18 iştirakçı arasında 14-cü pillədə başa vurub. Nazarov mövsüm ərzində 24 oyuna çıxıb, 4 qol vurub, 3 sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin