Nazarov bu hərəkətinə görə cəzalana bilər – VİDEO
Futbol üzrə Azərbaycan milli komandasının və “Ersgebirge”nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın 2-ci Bundesliqasında koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu 27-ci tur çərçivəsində keçirilmiş “Nürnberq”lə səfər oyununda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb. Bununla da o, qaydaları kobud şəkildə pozub.
Nazarov isə bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: “Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım”.
Millimizin üzvü Almaniya Futbol İttifaqının (DFB) onun klub əməkdaşını qucaqlamasını anlayışla yanaşacağına ümid etdiyini bildirib: “Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdu. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram”.
Qeyd edək ki, “Nürnberq” – “Ersgebirge” matçı heç-heçə başa çatıb – 1:1.
Bizi Facebook-da izləyin