Nazarov Azərbaycan millisinə qoşulmaqdan imtina etdi
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Millətlər Liqası çərçivəsində sentyabrda keçiriləcək oyunlarda yığmaya kömək edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə o, “sueddeutsche.de” saytına açıqlamasında bildirib. Nazarov, koronavirus səbəbiylə millinin oyunlarında iştirakdan imtina etdiyini bildirib:
“Millidən dəvət almışam, amma ora səfər etməyəcəm. Çox sayda insan koronavirusa yoluxur. Təhlükəsizlik hər şeydən əvvəl gəlir. Azərbaycan risk bölgəsindədir və uçuşlar o qədər də asan deyil. Buna görə də, millinin baş məşqçisiylə danışaraq, bu dəfə evdə qalmağıma qərar verdik. Vəziyyət bir az sabitləşəndən sonra gedə bilərəm”.
Azərbaycan millisi Millətlər Liqasında sentyabrın 5-də Lüksemburq, 8-də isə Kiprlə qarşılaşacaq.
Bizi Facebook-da izləyin