Nazarov Almaniyada het-trikə imza atdı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Paderborn” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 3:8.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dmitri vurub. Millimizin yarımmüdafiəçisi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub.

32 oyuna 41 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button