Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları bilindi

Oktyabrın 2-də Naxçıvanda start götürəcək 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandaları bəlli olub.

Şahmar Federasiyasından Komanda.az-a verilən məlumata görə, yarışda ölkənin 5 kollektivi mübarizə aparacaq.

Bunlar “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” və “Azərbaycan-Naxçıvan”dır.

Komandaların heyəti aşağıdakı kimidir:

Azərbaycan-1: Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740).

Azərbaycan-2: Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901), Aysel Cəfərova (1489).

Azərbaycan-3: Aydan Şükürova (1732),Nurtən Nuriyeva (1691),Lalə Hüseynova (1702),Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504).

Azərbaycan-4: Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451).

Azərbaycan-Naxçıvan: Seyid Hüseyn (2097), Rza Həsənli (1566), Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632), Zərifə Abbasova (1480). 

9 turdan ibarət Ümumdünya Şahmat Olimpiadasına oktyabrın 10-da yekun vurulacaq. Yarışda 25 ölkədən 35 komanda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button