
“Naxçıvan” “Sabah”a qalib gəldi
Azərbaycan Basketbol Liqasında 10-cu tura bir oyunla start verilib.
Komanda.az xəbər verir ki, 2025-ci ilin ilk görüşü “Sabah”la “Naxçıvan” arasında baş tutub.
A qrupunun matçında bölgə təmsilçisi 80:75 hesablı qələbə qazanıb.
Hazırda “Sabah” 18 xalla birinci pillədə qərarlaşıb. 16 xala malik “Naxçıvan” ikincidir.
Turun digər oyunları yanvarın 9-u, 11-i və 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin