Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr seçilib.

Komanda.az xəbər verir ki, federasiyanın yığıncağı keçirilib. Yığıncağın gündəliyinə daxil edilmiş məsələlər federasiyanın fəaliyyəti, görülən işlər və federasiyanın yeni sədrinin seçilməsi olub.

İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin federasiyanın sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Abdullayev Naxçıvanın Futbol Federasiyasının sədri seçilib.

Bundan əvvəl Federasiyanın sədri Vüqar Abbasov olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button