
Navasın yeni klubu məlum oldu
“Real”ın sabiq qapıçısı Keylor Navasın yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, 38 yaşlı qolkiper “Nyuells Old Boyz”dan Meksika “Pumas”ına keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kosta-rikalı futbolçunun transfer qiyməti 1,6 milyon avro təşkil edib.
Navas karyerası ərzində “Saprissa”, “Albasete”, “Levante”, “Real”, PSJ, “Nottingem Forest”in də formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



