İşçisi PSJ-nin futbolçusundan məhkəməyə şikayət edib
Keylor Navas Parisin ətrafı Versaldakı evində gündəlik ev işlərini görən bir adamı işə götürüb.
Komanda.az “derbyderby.it”-ə istinadən xəbər verir ki, kosta rikalı qapıçının işçisi ilə problemləri var. Belə ki, o, 20 ay Navasla işlədikdən sonra birdən “dözülməz iş şəraiti” ilə bağlı məhkəməyə müraciət edib.
Həmin işçi həftədə 90 saat işləməli olub, bunun üçün 3200 avro alıb və bu pulu ləyaqətsiz maaş hesab edir. Fransa mətbuatı bu vəziyyəti təsvir edərkən “qul” sözündən istifadə edir.
“Qurban”ın vəkili Yasin Yakuti deyir ki, siz futbolun superulduzu olsaz belə, bu, qanunlara məhəl qoymamaq demək deyil.
Navas PSJ-də 2019-cu ildən oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin