Navas qərarını verdi: Gedir, yoxsa qalır?

İspaniyanın “Real” klubunun qapıçısı Keylor Navas karyerası ilə bağlı son qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tibo Kurtuanın kölgəsində qalan 32 yaşlı qapıçı “kral klubu”ndan ayrılmaq istəsə də, artıq bu fikrindən daşınıb. Buna səbəb qolkiperin istədiyi məvacibi ödəyən klubu tapmaması olub. Madrid təmsilçisində illik 5 milyon avro qazanan kosta-rikalı futbolçu, 7 milyon avro məvacib istəyir.

Son olaraq, “Benfika”nın “çərçivə qoruyucusu”na 3 milyon avroluq təklif göndərdiyi, amma Navasın bu təklifdən imtina etdiyi bildirilir. Bundan başqa, Navasın PSJ və “Mançester Yunayted”in də maraq dairəsində olduğu, amma bu klubların da məvacib məsələsində geri addım atmadıqları deyilir.

“Real”la 2020-ci ilədək müqaviləsi olan Navas, geridə qalan mövsümdə iştirak etdiyi 21 matçın 7-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button