
PSJ onu satmaq üçün variantlar axtarır
PSJ-nin qapıçısı Keylor Navas bu yay Fransa klubunu tərk edə bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, yayda Paris klubu 35 yaşlı kosta-rikalı qolkiperi satmaq üçün variantlar axtaracaq.
Navas bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, onlardan 9-da qapısını toxunulmaz saxlayıb, qalan matçlarda 24 top buraxıb.
Onun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin