Qvardiola “Mançester Siti”dən gedişini səhv saydığı futbolçunun adını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandadan ayrılması səhv olan futbolçunun adını açıqlayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib:

“Mən Xesus Navası seçəcəm. Bu, ən bariz variant deyil, amma onun gedişinin vaxtından əvvəl olduğunu düşünürəm. O, komandada daha çox qalmalı idi”.

Navas 2013-2017-ci illərdə “şəhərlilər”in heyətində çıxış edib. O, 2024-cü ilin dekabrında futbolçu karyerasını bitirdiyini açıqlayıb.

“Mançester Siti” İngiltərə çempionatının üç turundan sonra 3 xal toplayaraq, turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button