Navas İngiltərə yolunda
PSJ-nin qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, kosta-rikalı futbolçu “Nottingem Forest” klubu ilə razılaşıb. PSJ və Premyer Liqa təmsilçisi arasında danışıqlar davam edir.
Parislilər 36 yaşlı oyunçunun İngiltərə klubuna keçəcəyi təqdirdə, ona maaş ödəməyi düşünmür. Navasın keçidi tamamilə PSJ-nin qərarından asılıdır.
Navas 2019-cu ildən PSJ-də çıxış edir. O, paytaxt təmsilçisinin heyətində 108 matça çıxıb, 87 qol buraxıb və 50 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin