“Qarabağ”ın sabiq futbolçusu narkotikdən istifadə etdiyini təsdiqlədi
Narkotik maddə qəbul etməkdə ittiham olunan və bu səbəbdən Rumıniyanın “Dinamo” klubundan qovulan futbolçu Maqaye Geye günahını etiraf edib.
Komanda.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. 31 yaşlı hücumçu etdiyi əməldən peşman olduğunu deyib.
Mart ayında Qeyenin qanında kokain aşkarlanmışdı. Rumıniya Milli Antidopinq Agentliyi hücumçunu narkotik maddə qəbul etdiyinə görə 3 aylıq futboldan uzaqlaşdırıb.
Qeye 2019/2020 mövsümündə “Qarabağ”ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında “Dinamo”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin