Klubunu dəyişə bilər – Narazıdır
“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza İtaliya klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Turin klubundakı hazırkı durumundan narazıdır. Buna görə də, o, komandadan getməyi düşünür.
İtaliyalı oyunçu cari mövsümdə “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 25 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Kyezanın klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin