
Narazı Navasın qərarı
Keylor Navas PSJ-dəki gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, kosta-rikalı qapıçı PSJ-dən ayrılmaq istəyir. O, bu mövsüm bütün yarışlarda 23 matça çıxsa da, oyun praktikasının azlığından narazıdır. 35 yaşlı futbolçu daha çox oynamağa layiq olduğunu düşünür.
Navasın PSJ ilə müqaviləsi 2024-cü ilin yayına kimidir və onun təxmini dəyəri 10 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin