“Onları eqoist oyunçular adlandırmaq olmaz” – Naqelsmann

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann yarımmüdafiəçilər Florian Virts və Camal Musialanın oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, alman çalışdırcı mətbuat konfransında hər iki oyunçunun ətrafda olanlara sakit reaksiya verdiyini bildirib:

“Onları eqoist oyunçular adlandırmaq olmaz. Florian vəziyyətində hətta əksinədir, bəzən o, çox təmənnasızdır və topu qol vura biləcəyi yerdə ötürmə edir. Virts və Camal Musiala inanılmaz dərəcədə zəhmətkeşdirlər”.

Virtslə Musiala Almaniya millisinin əsas oyunçuları hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button