Naqelsmannın Almaniya millisinə çağırdığı futbolçular – SİYAHI

Almaniya millisinin növbəti toplanış üçün heyəti məlum olub.

Komanda.az xəbər verir ki, Almaniya yığmasının yeni baş məşqçisi Yulian Naqelsmann milliyə 26 futbolçu çağırıb.

Oktyabr ayında Almaniya millisi iki yoldaşlıq oyunu keçirəcək. Onlar ayın 14-də ABŞ millisi ilə, 18-də isə Meksika ilə qarşılaşacaq:

Qapıçılar: Baumann, Bernd Leno, Mark-Andre ter Stegen, Kevin Trapp;

Müdafiəçilər: Qosens, Mats Hummels, Raum, Antonio Rudiger, Niklas Sule, Ta, Tşau;

Yarımmüdafiəçilər: Andrix, Brandt, Furix, Qoretska, Qross, İlkay Gündoğan, Hofmann, Jozue Kimmix, Camal Musiala, Leroy Sane, Virts;

Hücumçular: Behrens, Niklas Follkruq, Kay Haverts, Tomas Müller.

36 yaşlı Naqelsmann 2023-cü ilin sentyabrında, Hans-Diter Flikin istefasından sonra Almaniya millisinin “sükanı arxasına” keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button