Naqelsmann futbolçulara xanımları ilə görüşməyi qadağan edəcək

Almaniya millisi İspaniya ilə Avropa çempionatının 1/4 final mərhələsi oyununa hazırlaşır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almanlar yarımfinala yüksəlsələr, komandanın baş məşqçisi Yulian Naqelsmann futbolçulara həyat yoldaşları ilə oteldə görüşməyi qadağan edəcək. Almaniyalı çalışdırıcı hesab edir ki, belə görüşlər futbolçuları yarımfinal oyununa hazırlaşmaqdan yayındıra bilər.

Naqelsmann əvvəllər oyunçuların xanımlarının otellərə gəlməsinə icazə verirdi, çünki matçlar arasında daha çox gün olurdu. Ancaq 1/4 final və yarımfinallar arasında vaxt az olacaq: beş deyil, üç tam gün. Buna görə də, Naqelsmann belə bir məhdudiyyət tətbiq edib.

Komandalar iyulun 5-də qarşılaşacaq. Bu matçı qazanan isə iyulun 9-da Portuqaliya – Fransa duelinin qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button