“Qnabrinin qayıtmasını səbirsizliklə gözləyirik” – Naqelsmann
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann hücumçu Serj Qnabrini komandaya niyə çağırdığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçu haqda bunu deyib:
“Qnabri çoxlu zədələrlə çətin bir il keçirdi. İndi o, özünü fiziki cəhətdən sabitləşdirməyi bacarıb. Performans baxımından o, mövsümöncəsi, həm də mövsümün əvvəlində Bundesliqa və Çempionlar Liqasında çox yaxşı oyunlar keçirdi. O, milli komandada tam yeni deyil, amma uzun müddətdir ki, bizimlə deyil. Təəssüf ki, Qnabri Avropa çempionatını əldən verdi. Biz onun qayıtmasını səbirsizliklə gözləyirik”.
“Bayern”in 29 yaşlı hücumçusu Almaniya millisinin 1/4 finala yüksəldiyi AÇ-2024-də yığma komandaya kömək edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin