“Elə bir hiss var idi ki, biz həqiqətən qələbə qazanmaq istəyirik”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Ukrayna ilə yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı matçın böyük hissəsində əla göründüklərini bildirib:
“2:0 və ya 3:0 hesabı ilə qalib gələ bilərdik, matçın böyük hissəsində əla görünürdük. Elə bir hiss var idi ki, biz həqiqətən qələbə qazanmaq istəyirik. Matçın ilk dəqiqələrində qol vurmalı və qələbəyə çalmalıydıq”.
Milli komandalar arasında oyun iyunun 3-də baş tutub və qolsuz bərabərliklə yekunlaşıb. İyunun 14-də start götürəcək Avropa çempionatında Almaniya yığması Şotlandiya, Macarıstan və İsveçrə ilə eyni qrupda çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin