
“Kompaninin rəhbərliyi altında “Bayern”in oyunçuları xoşbəxt görünür”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Vensan Kompaninin “Bayern”dəki fəaliyyətini yüksək qiymətləndirib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı məşqçi həmkarı haqda bunu deyib:
“Kompani çox sakit və xoş həmkardır. O, komandasını qoruyur və özünə inam aşılayır. Kompaninin rəhbərliyi altında “Bayern”in oyunçuları meydanda və meydandan kənarda xoşbəxt görünürlər. Onunla danışmaq həmişə xoşdur, söhbətlərimiz dəyərli, mənalı və maraqlıdır”.
Naqelsmann özü də 2021-ci ilin yayından 2023-cü ilin martına kimi “Bayern”də çalışıb.
Münhen komandası Bundesliqanın 7-ci turunda Dortmund “Borussiya”sı üzərində 2:1 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



