Naqelsmann “Çelsi” ilə danışıq aparmaqdan imtina edib – Səbəb…

“Bayern”in keçmiş çalışdırıcısı Yulian Naqelsmann “Çelsi”nin baş məşqçi postuna yalnız özünün namizədliyini nəzərdən keçirdiyinə əmin imiş.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Amma 35 yaşlı mütəxəssis “zadəganlar”ın baş məşqçi postuna Vinsent Kompani və Maurisio Poçettinonun namizədliyinə da baxıldığını biləndən sonra “Çelsi” ilə danışıq aparmaqdan imtina etmək qərarına gəlib. O, London klubunun rəhbərliyi ilə danışıqları formallıq hesab edir. İndi alman mütəxəssis üçün prioritet variant Londonun digər klubu – “Tottenhem”dir.

“Bayern” martın 24-də Naqelsmannın istefasını elan edib. Onu klubla 2025-ci ilin yayına qədər müqavilə imzalayan Tomas Tuxel əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button