
“Lüksemburqlular çətin ki, bütün matçı qapıları önündə dayansınlar”
Almaniya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann bu matç barədə fikirlərini bölüşüb:
“Düşünürəm ki, rəqibimiz hücum futbolu oynamağa çalışacaq. Çətin ki, əvvəlki oyunda olduğu kimi, bütün matçı qapıları önündə dayansınlar. O zaman 70 dəqiqəni azlıqda keçirmişdilər”.
Lüksemburq – Almaniya matçı bu gün keçiriləcək. Naqelsmannın komandası ilk oyunda 4:0 hesabı ilə qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



