Naqelsmann: “Bu, ürəkdən gələn qərardır”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann yığma komanda ilə yeni müqavilə imzalamasına münasibət bildirib. Müqavilənin müddəti 2026-cı ilə qədərdir.
Komanda.az Almaniya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı almaniyalı çalışdırıcı milli komandanı çalışdırmaq və ölkənin ən yaxşı futbolçuları ilə işləmək imkanı əldə etməkdən şərəf duyduğunu bildirib:
“Bu, ürəkdən gələn qərardır. Milli komandanı çalışdırmaq və ölkənin ən yaxşı futbolçuları ilə işləmək imkanı əldə etməkdən şərəf duyuram. Uğurlu və ehtiraslı çıxışımızla bütün ölkəni ruhlandırmaq şansımız var”.
O, həmçinin əlavə edib ki, məşqçi heyəti ilə birlikdə dünya çempionatını səbirsizliklə gözləyəcək.
Naqelsmann Almaniya millisini ötən ilin sentyabrından çalışdırır.
Bu yay Almaniyada Avropa çempionatı keçiriləcək. Naqelsmannın yetirmələri Şotlandiya, Macarıstan və İsveçrə milliləri ilə C qrupunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin