Naqelsmann keçmiş klubuna qayıtmağa hazırdır

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bayern”ə qayıtmağa hazırdır.

Komanda.az TZ-yə istinadən xəbər verir ki, alman mütəxəssis Oliver Kan və Hasan Salihamiciç kimi klubun keçmiş idarəçiləri ilə problem yaşayıb. Lakin onların qovulmasından sonra Naqelsmann kluba qayıtmağa hazırdır.

Naqelsmann hələ ki, gələcəyi ilə bağlı tam qərar verməyib. Onun Almaniya millisi ilə müqaviləsi bu ilin yayında – Avropa çempionatından sonra başa çatır. Almaniya Futbol Federasiyasının rəhbərliyi Naqelsmannı daha uzun müddət baş məşqçi postunda saxlamaq istəyir.

Dünən Bundesliqada “Bayern”in 11 ildir davam edən hegemonluğuna son qoyulub. Belə ki, “Bayer” çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button