
Naqelsmann Almaniya millisi ilə müqaviləsini yeniləyib
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann müqaviləsini yeniləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 36 yaşlı mütəxəssis özü açıqlamasında bildirib.
Naqelsmann Almaniya Futbol Assosiasiyası ilə bu ilin yayına qədər olan müqavilə müddətini 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər uzatdığını deyib.
Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin