“Qələbə gözəl deyildi, amma ən vacib olan üç xaldır”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-nın seçmə mərhələsində Şimali İrlandiya yığması üzərində 1:0 hesablı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, qapıçı Manuel Noyerin yığmaya mümkün qayıdışı haqda da danışıb:

“Əlbəttə ki, bu, bizim ən yaxşı oyunumuz deyildi. Stadion inanılmaz dərəcədə emosional idi, biz hər şeyimizi vermək, hər top üçün mübarizə aparmaq məcburiyyətindəydik. Hətta hakim baş verən hər şeyi qavramaqda çətinlik çəkdi. Qələbə gözəl deyildi, amma ən vacib olan üç xaldır.

Noyer milli komandanı tərk edəndən sonra qapıçı səhvlərinə görə heç bir matçda məğlub olmamışıq. O, çox yaxşı mövsüm keçir, amma qapıçılarla bağlı problemimiz yoxdur. Bu söhbətin heç kimə faydası yoxdur: nə qapıçılarımız, nə də bütün diqqətini “Bayern”ə yönəldən Noyerin özünə”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button