Naqatomo “Qalatasaray”dan getdi
Futbol üzrə Yaponiya yığmasının sabiq üzvü Yuto Naqatomo Türkiyənin “Qalatasaray” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən gün İstanbul klubunun düşərgəsində sonuncu məşqinə çıxıb.
Məşqdən sonra o, bütün komanda yoldaşlarıyla və məşqçilər korpusu ilə vidalaşıb. Bu zaman Naqatomonun göz yaşlarını saxlaya bilməməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Naqatomo 2017/18 mövsümünün dövrələrarası fasiləsi zamanı İtaliyanın “İnter” klubundan icarəyə götürülmüşdü. Lakin legioner futbolçu sayının çox olması ilə əlaqədar bu ilin yanvar ayında onun müqaviləsi dondurulmuşdu. Buna baxmayaraq, təcrübəli futbolçu “Qalatasaray”ın düşərgəsində məşqlərini davam etdirirdi.
Super Liqada 65 oyuna çıxan Naqatomo “Qalatasaray”la iki dəfə Türkiyə çempionu olub.
Bizi Facebook-da izləyin