
Konte klubundan narazıdır
“Napoli”nin baş məşqçisi Antonio Konte 2024/25 mövsümünün sonunda klubdan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercato” məlumat yayıb.
Məlumata görə, italiyalı mütəxəssisi klub rəhbərliyinin transfer siyasəti qane etmir.
Kontenin xidmətində maraqlı olan klublardan biri onun keçmiş komandası – “Yuventus”dur. O, 2011–2014-cü illər arasında Turin təmsilçisini çalışdırıb və bu müddətdə komanda üç dəfə İtaliya çempionu olub.
“Napoli” hazırda 77 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir və ikinci yerdə olan “İnter”i 3 xal qabaqlayır. “Yuventus” isə 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



